11 May 2020 19:58
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz erməni tarixinə nəzər salsaq, görərik ki, bu tarix bütövlükdə saxtakarlıqlarla tərtib olunub, yaradılıb. Bunlar saxtakarlıq ustasıdır. Yəni, bunlar Ermənistanın baş naziri Nikol Paşinyanın babası Nikol Paşinyanı faşist də, Sovet İttifaqı Qəhrəmanı da elan edə bilərlər. Saxta yolla nə istəsələr edə bilərlər.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin idarə heyətinin üzvü Elman Məmmədov bildirib.

O qeyd edib ki, ermənilərə nə sərf etsə, onu da edə bilərlər:

“Ancaq Nikol Paşinyanın bugünkü siyasi fəaliyyəti, onun baş nazir olmamışdan və baş nazir olduqdan sonra Qarabağ məsələsi ilə bağlı verdiyi bəyanatlar, söylədiyi fikirlər, faşist cəllad və satqın, nasist əlaltısı, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyanı əzizləməsi və onu müdafə etməsi, o murdar faşistə İrəvanın mərkəzində qoyulan hündürlüyü 6 metr olan heykəli tez-tez ziyarət etməsi, onu erməni xalqının qəhrəmanı kimi təqdim etməsi, eyni zamanda Azərbaycan xalqına qarşı soyqırımı törətmiş erməniləri xalq qəhrəmanları kimi qələmə verməsi onu göstərir ki, elə baba Nikol Paşinyan da, ondan törəyən bu Nikol Paşinyan da faşist ideologiyasına xidmət edib.

Mən bir şeyə yüz faiz əminəm ki, bunun babası Nikol Paşinyan Qaregin Njdenin legionunda olub. Bilirsiniz ki, orada təkcə Njde olmayıb, onunla yanaşı orada çoxlu sayda erməni zabitləri, erməni liderləri olub ki, onlar faşistlərin tərəfində Sovet İttifaqına, eyni zamanda bütün dünyaya qarşı döyüşüblər. Njde Böyük Vətən müharibəsi dövründə Bolqarıstan ərazisində erməni millətindən olan 30-dan çox agenti cəlb edib, onların təxribat hazırlığı və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə çatdırılmasında iştirak edib. Paşinyanın babası da elə onların yanında olub. Bunu ona görə əminliklə deyirəm ki, bunun əməlləri, hərəkətləri, bügünkü mövqeyi göstərir ki, bu nəsil-kökün qanında elə faşizm ideologiyası var və o yaşayır”.

Elman Məmmədov deyib ki, baş nazir Paşinyanın babasının nasist əlaltısı olması barədə faktları ictimailəşdirmək, təsdiqləmək üçün heç Azərbaycan cəmiyyətinə, ictimai-siyasi xadimlərə, politoloqlara gərək qalmayacaq:

“Bu gün Ermənistanda Paşinyanın çoxsaylı, çox güclü siyasi rəqibləri var. Onlar bu araşdırmaları davam etdirib onu Paşinyanın gözünə soxacaqlar ki, sənin baban Qaregin Njdenin tərəfində – faşistlər tərəfində Sovet İttifaqına, dünyaya qarşı döyüşən Nikol Paşinyan olub”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində İkinci Dünya müharibəsində iştirak etmiş babasının fotosunu paylaşıb. Ermənistan ictimaiyyətinin nümayəndləri baş nazirin paylaşımına dərhal reaksiya verərək bildiriblər ki, onunla eyni ad-soyadı daşıyan babası 1943-cü ildə Qaregin Njde ləqəbli nasist əlaltısı Qaregin Ter-Arutyunyanın legionunda Hitler Almaniyası tərəfdən vuruşub. Bundan dərhal sonra Ermənistan Müdafiə Nazirliyi açıqlama yayaraq bildirib ki, Enokovan kəndindən müharibədə Nikol Paşinyan ad-soyadlı iki nəfər iştirak edib. Onlardan biri Qızıl Orduda, digəri Vermaxtda qulluq edib. Vermax tərəfində döyüşən Nikol Paşinyan baş nazirin babası deyil.

Lakin Müdafiə Nazirliyinin bu təkzib məlumatı sosial şəbəkə istifadəçilərini qane etməyib. Onlar Nikol Paşinyanın babasının nasist Almaniyasının tərəfində döyüşməsi barədə arxiv məlumatlarının saxtalaşdırıldığını bildiriblər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər