24 May 2020 16:04
1 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ehtimal edirəm ki, Liviyada qanlı toqquşmalar qarşıdadır. Neftlə zəngin olan bu ölkədə güclü dövlətlərin və mərkəzlərin maraqları var. Ancaq üz-üzə dayanan əsas iki dövlətdir: Rusiya və Türkiyə.

Bu sözləri Teleqraf.com-a hüquq elmləri professoru, politoloq Rüstəm Məmmədov dünyanın geopolitik qarşıdurma nöqtəsi halına gələn Liviyada baş verənləri şərh edərkən deyib.

Rüstəm Məmmədov əlavə edib ki, Türkiyə Liviyada öz qayda-qanunu yaratmaq, sabitliyi təmin etmək niyyətindədir. Onun sözlərinə görə, qiyamçı general Xəlifə Haftar isə Rusiya və bəzi dövlətlərə arxalanaraq, hakimiyyəti ələ keçirib öz qayda-qanunlarını tətbiq etmək məqsədi güdür:

“Hazırda Liviyada əsas mübarizə bu iki xətt arasında gedir”.

Müsahibimiz deyib ki, son bir ayda Türkiyə tərəfindən dəstəklənən və BMT-nin legitimliyini tanıdığı Liviya Milli Keçid Hökuməti qiyamçı Haftara ağır zərbələr vurmağı bacarıb:

“Türkiyədən alınan silahlar hesbına Haftarın 5 hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb. Etimal edirəm ki, Liviyada qanlı toqquşmalar baş verə bilər. Qənaətimcə, Türkiyənin qalib gəlməsi daha real görünür”.

ABŞ-ın Liviya məsələsinə fəal müdaxilə etmədiyini vurğulayan professorun fikrincə, Vaşinqton anlayır ki, bu prosesə girişməyə ehtiyac yoxdur: “ABŞ həm də maraqlıdır ki, Liviyada Türkiyə ilə Rusiya arasında qarşıdurma güclənsin. ABŞ bu yolla Türkiyəni Rusiyadan qoparmaq məqsədi güdür”.

Rüstəm Məmmədov deyib ki, Avropa Birliyi də Liviyada öz xəttini yertməyə çalışsa da, bu, alınmadı.


Müəllif: Cavad

Oxşar xəbərlər