28 May 2020 16:16
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ailə üzvlərini təhqir edən Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Dila Koyurqaya yüksək vəzifə verilib.

Teleqraf.com xəbər verir ki, Koyurqa partiyanın İzmir təşkilatının Gənclər Komitəsinin sədri postuna və Qarabağlar bələdiyyəsinə üzv seçilib.

Ərdoğan və ailəsini təhqir edən digər CHP üzvləri - Yasin Ərgül sözügedən partiyanın İzmir təşkilatı sədrinin müavini təyin edilib, Xəlil Arda isə Qaziəmir bələdiyyəsinin sədri seçilib.

Ərdoğanı təhqir edən CHP üzvlərinə “mükafat” olaraq yüksək vəzifələrə gətirilməsi, ölkədə birmənalı qarşılanmayıb. Partiya rəhbərliyini buna görə kəskin tənqidlərə məruz qalıb.

Prezident və ailəsi təhqir edən CHP üzvləri barəsində İzmir prokurorluğunda cinayət işinin açıldığı da bildirilib. Artıq Dila Koyurqa bu ittiham əsasında polis tərəfindən saxlanılıb. İstintaq gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər