Məlumdur ki, son dövrlər sosial şəbəkələrdə aktiv təbliğat aparılır. Xüsusilə xarici qüvvələr tərəfindən. Bu gün sosial şəbəkələrlə bağlı yeni qanunun tətbiqi haqqında dünyada fikirlər səsləndirilir. Amma bunun yaxın müddətdə baş verəcəyi gözlənilmir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının iclasında çıxış edən deputat Ceyhun Məmmədov bildirib.
O, Xudafərin ətrafında baş verənlərə və Şuşa ilə əlaqədar dünən Milli Məclisdə səsləndirilən çıxışlara toxunub.
Deputat deyib ki, onu və digər Qarabağ regionundan seçilən deputatları ittiham edirlər:
"Dünən Əli müəllim buna cavab verdi. Şuşa ilə bağlı məsələyə təəssüf edirəm. Mənim özüm bir neçə məqalə ilə çıxış etmişəm. Dövlət də lazım olan addımları atır. Ancaq qaragüruh təbliğat aparmaqda davam edir”.
Xudafərin ətrafında yaranan duruma gəldikdə deputat qeyd edib ki, bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi müvafiq bəyanat verib, rəsmi mövqe ifadə edilib:
“Amma elə təbliğat aparılıb ki, sanki biz deputatlar buna biganəyik. Ölkəmizdə nə qədər iş görülsə də, bəlli qrup insanlar yenə də ittihamlarını səsləndirəcəklər”.