11 İyun 2020 08:26
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk dəfə olaraq Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə bəyanatı qəbul edilib.

Teleqraf.com xəbər verir ki, ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı Avropa Parlamenti rəsmilərinin belə bir birgə sənədi qəbul edilir.

Sənəddə Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunur.

Qeyd edək ki, bu bəyanatın qəbul olunması Nikol Paşinyanın və Ermənistanın ağır məğlubiyyətidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər