16 İyun 2020 12:44
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələlər müzakirə olunub.

Komitə sədri Bəxtiyar Əliyev bildirib ki, qanun layihəsi “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında” 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb.

Adıçəkilən qanuna əsasən, Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılıb. Bununla da dövlət təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən edilmiş qaydada lisenziya almalıdır. Bildirilib ki, “Dövlət qulluğu haqqında” Qanuna təhsil müəssisəsi və təhsil pilləsi ilə bağlı təklif olunan dəyişiklik isə dəqiqləşdirmə məqsədi daşıyır.

Sonra komitə üzvləri gündəlikdəki məsələni yekdilliklə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
Onlayn iclasda komitə üzvləri Musa Qasımlı, İsa Həbibbəyli, Ceyhun Məmmədov, Aqiyə Naxçıvanlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli, Şahin Seyidzadə və Fatma Yıldırım iştirak edib.

Gündəlikdəki məsələnin müzakirəsi yekunlaşdıqdan sonra komitə sədri Bəxtiyar Əliyev koronovirusla mübarizədə deputatları daha diqqətli olmağa, özlərini və yaxınlarını qorumaq üçün pandemiya rejiminin tələblərinə həssas yanaşmağa çağırıb.


Müəllif: Cavad

Oxşar xəbərlər