17 İyun 2020 19:54
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə daim təmasdadırlar. Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birgə videokonfrans keçiriblər”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

Nazirlər arasındakı növbəti görüşün bu ayın sonuna təyin edildiyini qeyd edən Rusiya rəsmisi bildirib ki, koronavirusla bağlı vəziyyətə görə bağlanan sərhədlər açılandan, beynəlxalq gediş-gəliş bərpa ediləndən sonra tərəflər arasındakı görüşlər də əvvəlki kimi üzbəüz keçirilməyə başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər