Sosial şəbəkələrdə "Milli Şura – AXCP"nin qeybətxana şousu davam edir.
Onlar bu dəfəki söhbətlərində özlərini bir daha ifşa ediblər.
Vahid Məhərrəmli deyir: "Bekarçılıqdır, tema da yoxdu, gəlibiz hökumətdən karantinə görə bu dəfə 500 manat tələb edək, nəyə görə tələb edək, bilirik onsuz da verməyəcəklər, amma biz bunu görüntü üçün də olsa ona görə deməliyik ki, xalq da görməlidir ki, biz bu xalqın qayğısını çəkirik, qeydinə qalırıq".
Qənimət Zahidov isə etiraf edir ki, onların işi hökuməti şərləməkdir.