30 İyun 2020 18:41
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yumşalma tədbirləri bir sıra ölkədə olduğu kimi Azərbaycanda da yeni növ koronavirus infeksiyasının yayılma sürətini artırdı.

Bunu Teleqraf.com-a açıqlamasında “Səs Media Qrupu”nun rəhbəri Bəhruz Quliyev deyib.

O qeyd edib ki, COVID-19-la mübarizədə qəbul olunmuş kriteriyalar və əsas faktorlar artıq bir neçə aydır mətbuat vasitəsilə təbliğ olunub və bu gün də həmin istiqamətdə vətəndaşlar arasında təbliğat aparılmaqdadır:

“O cümlədən, dövlət başçısı cənab İlham Əliyev buna qədərki çıxışlarında da insanları həmrəy olmağa, məsuliyyətli davranmağa, virus infeksiyasına qarşı birgə mübarizə aparmağa dəvət edib. Həmçinin, dövlətin hazırkı dövrə qədər gördüyü işlərin, həyata keçirilən ardıcıl layihələrin bundan sonra da davam etdiriləcəyini deyən ölkə rəhbəri Azərbaycan xalqının bu sınaqdan da əzmlə, qalib çıxacağını vurğulayıb. Çünki dövlət, bu məsələdə ən incə detallara qədər gedib, o cümlədən preventiv addımlar atıb. Baxın, virus yeni yayılmağa başlayarkən artıq səhiyyə sistemində təxirəsalınmaz işlər həyata keçirildi, xəstəxanalar ən müasir avadanlıqlara təchiz olundu, önləyici sosial tədbirlər reallaşdırıldı, ölkənin ərzaq və xalqın sağlamlığının təhlükəsizliyi istiqamətində müvafiq qərarlar verildi”.

Bəhruz Quliyev bildirib ki, mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkədə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətini artırdı:

“İyun ayının ortalarından koronavirus infeksiyasının ölkə ərazisində yayılma sürəti artdı və yoluxmalar çoxaldı. Bu hal yalnız Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə olunur. Hazırda bir çox ölkələr yenidən sərt karantin rejimin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər: Azərbaycanda da tətbiq olunan sərt karantin rejimi nəticəsində gündəlik yoluxma halların sayında müəyyən qədər sabitləşmə təmin edilib. Amma virusa qalib gəlməyin əsas yolu karantin qaydalarına riayət etmək, həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin etməkdir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər