Ermənistan Prezidenti Armen Sərkisyan ötən həftənin sonunda dövlət sərhədlərinə baş çəkib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Sərkisyan 1992-ci ildə Ermənistanla Rusiya arasında qəbul edilmiş dövlətlərarası müqaviləyə əsasən, Türkiyə və İranla dövlət sərhədlərinə nəzarəti həyata keçirən rus sərhəd qoşunlarının dəstəsinə baş çəkib.
Rusiya Federasiyasının Ermənistandakı Sərhəd İdarəsinin rəisi general-leytenant Roman Qolubitski ilə sərhəd bölgələrindəki son vəziyyət barədə müzakirə aparıb.
Armen Sərkisyan görüşdən sonra Rusiyanın Ermənistanda üzərinə götürdüyü sərhəd nəzarəti vəzifələrini uğurla həyata keçirdiyini bildirib.
Armen Sərkisyanı səfərində həyat yoldaşı Nune Sərkisyan müşayiət edib.