Milli Şuranın növbəti “zoom konfrans”ının görüntüsü yayılıb.
Teleqraf.com xəbər verir ki, konfransda Milli Şura sədri Cəmil Həsənli ilə AXCP üzvü Rahim Hacıyev Əli Kərimliyə görə mübahisə edib.
Mübahisəyə səbəb R.Hacıyevin Əli Kərimlini “zəmanəmizin Rəsulzadəsi” adlandırması olub. Cəmil Həsənli buna qarşı çıxsa da, Hacıyev iddia edir ki, “vaxt gələcək hamınız o fikirdə olacaqsınız”.
Vidadi Mirkamal da Rahim Hacıyevə etiraz edib. Daha sonra Əli Kərimlinin “zirvəyə qaldırılması” üçün hansı oyunları qurmaq haqda müzakirələr aparılır. Qənimət Zahidin bildirib ki, Əli Kərimliyə qarşı şiddətin təşkili artırılmalıdır, çünki bu, ona, AXCP yə və Milli Şuraya dividendlər qazandırır.