17 Avqust 2020 11:55
3 741
12 Punto 14 Punto 16 Punto 18 Punto
Osmanlı İmperiyasında üsyan edən Yanya valisi Əli Paşanın bölgədə dövlət qurmaq istədiyi üçün öldürülərək başının kəsildiyini yazan Almaniyanın Afinadakı səfiri Ernst Reyşel yunanları qəzəbləndirib.
Teleqraf.com xəbər verir ki, yunanlar Aralıq dənizinin şərqində Türkiyə ilə qarşıdurma vəziyyətində olan Yunanıstana dəstək verməkdənsə, səfirin Ankaranın mövqeyindən çıxış etməsinin qəbuledilməz olduğunu bildiriblər.
Yunanlar səfirin Tvitterdəki paylaşımını “təxribat” adlandırıblar.
Kəskin reaksiyalar qazrşısında qalan alman diplomatın qəzəbli yunanlara cavabı belə olub: “Sizi bu qədər kədərləndirən nədir? Əli Paşa ilə bağlı hadisələrin bu gün baş verənlərlə nə əlaqəsi var?”.

Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər