“Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətini ifşa edən çıxışları sayəsində dünya həqiqətləri görməyə davam edir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert İngiltərənin BBC telekanalından sonra İsrail mediasının da Ermənistan rəhbərliyinin işğalçı fəaliyyətlərinə diqqət ayırdığını bildirib:
“Bu dəfə İsrailin ITON Telekanalı Prezidentimizin çıxışlarındakı tezislərdən istifadə edərək Ermənistanın Təl-Əvivdəki səfirini çətin vəziyyətə salıb. Belə ki, proqramın aparıcısı Aleksandr Valdman yeni təyin edilmiş erməni səfir Armen Smbatyanın timsalında Ermənistanda baş verənləri ifşa edib. Valdman səfir Smbatyana “Niyə 2016 -cı ildə faşist Njdeyə abidə ucaldılıb?”, “Kim İrəvanda Holokost qurbanlarının abidəsində vandalizm aktı törədib?” kimi suallar verib. Suallara cavab tapa bilməyən Smbatyan İsrail auditoriyası qarşısında pərt vəziyyətinə düşüb.
Beləliklə, BBC - də yayımlanan məşhur “Hard talk” verilişinin ardından, indi də İsrailin İTON telekanalında Ermənistan ifşa olundu. Burada xüsusiylə qeyd olunası bir məsələ var: bütün bu ifşaedici sualların arxasında Prezident İlham Əliyevin Ermənistandanın əsl mahiyyətini dünya ictimaiyyətinin üzünə açan çıxışları durur”.