25 Avqust 2020 19:23
2 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil və onun fəaliyyəti bu regionda üçüncü ölkəyə qarşı yönəlməyib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşündə deyib.

"Ermənistanla sərhəddə baş verən hadisələri bilirik və narahatlıqla izləyirik. Və bazamıza uçuşlarımızla əlaqədar (Rusiyadan Ermənistana daşınan hərbi yüklər nəzərdə tutulur - red.) yaşanan narahatlıqlar barədə də məlumatlıyıq. Dərhal demək istəyirəm: Bütün hərəkətlərimiz heç vaxt qonşumuz və tərəfdaşımız olan Azərbaycana qarşı yönəlməyib və indi də yönəlmir. Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil”, - o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər