5 Sentyabr 2020 15:53
2 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qoy Makron öz erməni marşını, PKK marşını ifa etsin, Ərdoğan isə bunun qarşılığında, Motsartın ölməz musiqisini bütün dünyaya səsləndirir”.

Teleqraf.com xəbər verir ki, bunu yazıçı-publisist Həmid Herisçi deyib.

Onun sözlərinə görə, maliyyə qurumları öz aralarında Fransa Prezidenti Makronu “maliyyə Motsartı” adlandırsalar da, bu, o qədər də düzgün deyil:

“Həqiqi "musiqi Motsartı”, yəni Amadey Motsart Makrondan fərqli olaraq, türk mədəniyyətinə, yeniçəri “Mehtər” marşlarına hörmətlə yanaşırdı. Həqiqi Motsartın “Rondo alla Turca” (“Turkish March”) musiqi şedevri tarixin, sənətin, milyonlarla musiqisevərin imtahanından çıxıb. Ölməzlik qazanıb.

Makronun Yaxın Şərqdə yürütdüyü “antitürk marşı” isə yumşaq desək, bax, bu musiqi şedevrinin antipodudur. Amadey Motsartın “Rondo alla Turca”-sı hara, Makronunku hara? Qoy o, öz erməni marşını, PKK marşını ifa etsin. Ərdoğan isə bunun qarşılığında, Motsartın ölməz musiqisini bütün dünyaya səsləndirir.

Bu da, tarixin bir paradoksudur. Sonralar alman dahisi Bethoven, macar bəstəkarı Ferents List də öz növbəti “Türk” marşlarını bəstələyərək türk musiqisinə öz hörmətlərini bildiriblər. Türkiyənin “İstiqlal” marşında hər üç təranənin zəif təsiri hiss edilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər