24 Sentyabr 2020 22:44
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağlı qapılar arxasında keçirilən andiçmə mərasimindən sonra Çin Belarus Prezidenti Aleksandr Lukaşenkoya dəstək verib.

Teleqraf.com xəbər verir ki, müvafiq açıqlama ilə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vanq Venbin çıxış edib.

“Çin Belarus xalqının seçiminə hörmət edir, prezident seçkiləri bu ölkənin daxili işidir”, - açıqlamada qeyd edilib.

Venbin Çin dövlətinin Belarus hakimiyyət orqanlarının ölkənin suverenliyini qorumaq səylərini dəstəklədiyini, Belarus cəmiyyətində parçalanma və qarışıqlıq yaratmaq istəyən xarici qüvvələrə qarşı çıxdığını da vurğulayıb.

Sentyabrın 24-də Avropa Birliyi bəyanat yayaraq, Aleksandr Lukaşenkonun legitimliyini inkar etdiyini bildirib. Bundan əvvəl, ABŞ onu qanuni dövlət başçısı kimi tanımaqdan imtina etdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu