1 Oktyabr 2020 23:53
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Azərbaycan və Ermənistanın XİN rəhbərlərini Moskvada danışqlara dəvət edib. Hesab edirəm ki, Moskvada görüş baş tutarsa, Azərbaycan tərəfi daha güclü şəkildə öz şərtlərini diktə edəcək”.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Moskva görüşünə gedəcəyi, yenidən atəşkəsi getmək demək deyil:

“Artıq əvvəlki danışıqlar prosesidə olmayacaq. Amma hesab edirəm ki, Moksva görüşü baş tutarsa, bu, uğursuz olacaq. İlk növbədə, Ermənistan mövcud status-kvonunun qorunmasına xidmət edən atəşkəsdə maraqlıdır. Buna görə də Azərbaycanın başladığı uğurlu hərbi əməliyyatları dayandırmayacaq.

Rusiyanın bundan sonra Ermənistan tərəfinə təzyiqlər etməsi mümkündür”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, regionda yeni siyasi konfiqurasiya qurulur:

“Yeni geosiyasi vəziyyət Rusiyanın Azərbaycana təzyiq mexanizmini neytrallaşdırır. Bu baxımdan, Rusiyanın təhlükəli manevrlərdən çəkinəcəyini düşünürəm. Qeyd edim ki, Lavrov özünün “mərhələli həll” planını Ermənistan tərəfindən qəbul edilməsi üçün görüşü Moskvada təşkil etməyə çalışır. Həmçinin Türkiyə ilə məsləhətləşir. 2016-ci il Aprel döyüşlərində bölgədə Rusiya üstün idisə, indi bu Türkiyənin tərəfindədir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər