Şanlı Azərbaycan ordusunun apardığı hərbi əməliyyatları ruh yüksəkliyi ilə qarşılayırıq. ATƏT-in Minsk Qrupu, digər qurumlar bəyanatlar verir, müxtəlif reaksiyalar göstərirlər. Azərbaycan xalqının, ordusunun və prezidentinin iradəsi isə ortadadır. Əsas olan budur.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.
Fransa Prezidenti Emmanuel Makronun mövqeyini tənqid edən Azay Quliyev hesab edir ki, bu ölkənin səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilməli və ona nota təqdim olunmalıdır.