6 Oktyabr 2020 12:19
2 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Azərbaycan tarixi ədaləti bərpa edir. Çünki Qarabağ bizim tarixi torpaqlarımızdır. Əminəm ki, Azərbaycan ordusu Ali baş komandanın rəhbərliyi altında torpaqları işğaldan azad edəcək”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Tərtər rayonun Madagiz kəndi işğaldan azad edilib: “Bu kənd də erməni vəhşiliyinə məruz qalıb, toponimlər dəyişdirilib, qədim alban kilsələri erməniləşdirilib.

Biz qanun layihəsi təqdim edirik. Cənab prezidentin qeyd etdiyi kimi Madagiz kəndinin tarixi adı olan Suqovuşan ona qaytarılır. Bu kənd bərpa olunacaq. Mən sizdən xahiş edirəm ki, qanun layihəsinə səs verəsiniz”.

Milli Məclis üzvləri qanun layihəsinə yetkilliklə səs veriblər.

Qanun layihəsi qəbul edilməsini deputatlar alqışla qarşılayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər