Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrə şəhərində səfərdədir.
Teleqraf.com xəbər verir ki, nazir Qarabağda gedən döyüş əməliyyatları ilə bağlı ATƏT-in Minsk qrupunu həmsədrləri ilə danışıqlara başlayıb.
Əsas müzakirə mövzusunun Qarabağda gedən əməliyyatlar, münaqişənin həlli yollarının müzakirəsi olacağı deyilir.