9 Oktyabr 2020 17:51
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva danışıqlarından sonra saxtakarlıq edəcəklərsə, peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq. Sülh yolu ilə ya da ki, müharibə yolu ilə. Birmənalı. Biz istəyirik ki, sülh yolu ilə alaq. Ermənistana axırıncı şansı veririk.

Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində bildirib.

Ali baş komandan qeyd edib ki, Ermənistan heç kimə ümid bağlamasın:

“Bizim qabağımızda Ermənistan acizdir, Ermənistan diz çöküb qabağımızda. Şəhidlərin ruhu qarşısında onlara diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Şəhid valideynləri ilə görüşlərdə demişdim ki, onların qisasını alacağıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər