10 Oktyabr 2020 11:31
14 945
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanı Prezidentinin Türkiyənin vasitəçiliyi ilə bağlı səsləndirdiyi şərt yerinə yetirilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan və Ermənistan arasında humanitar atəşkəsin elan edilməsi barədə danışıb:

“Bir və ya iki gündən çox çəkə bilən atəşkəs və həmsədrlərin vasitəçilyi ilə “substantiv” danışıqlar Azərbaycanın və Türkiyənin təhlükəsizlik maraqlarına ziddir. Bundan başqa Moskva razılaşmasının uzun çəkməsi Prezident İlham Əliyevin son günlər verdiyi qətiyyətli açıqlamalara zidd olardı.

Düşmən atəşkəsdən istifadə edib döyüş mövqelərini və istehkamlarını gücləndirə və Dağlıq Qarabağa yeni hərbi texnika daşıya bilər. Biz döyüş meydanında ona görə şəhid verib torpaqları azad etmirik ki, yenidən Moskvanın, İrəvanın və həmsədrlərin oyununa gedək. Azərbaycan Ordusu irəliləməlidir, başqa alternativimiz yoxdur.

Azərbaycanı prezidentinin səsləndirdiyi şərt də yerinə yetirilməlidir: “Gələcəkdə danışıqlarda Türkiyə də iştirak etməlidir. Bundan sonra Moskvanın birtərəfli vasitəçilyini qəbul etməməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu