13 Oktyabr 2020 19:58
4 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və işğal olunmuş ərazilərin boşaldılması çərçivəsində həllininin tərəfdarıdır".

Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin pozulmasına münasibət bildirərkən qeyd edib.

O deyib: “İran İslam Respulikası son toqquşmalar zamanı Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin pozulmasından təəssüfləndiyini bildirir, tərəfləri daha təmkinli olmağa dəvət edir. İran həyati əhəmiyyət kəsb edən infrastruktura və yaşayış məntəqəsi olan şəhərlərə raket hücumlarının edilməsini, mülki şəxslərin öldürülməsini qınayır, həlak olanların ailələrinin kədərinə şərik olduğunu ifadə edir”.

Münaqişənin beynəlxalq hüquq çərçivəsində həll olunmasının önəmini söylənən İran XİN-nin sözçüsü bildirib:

“İran İslam Respublikası bir daha tərəflərdən atəşkəsə riayət olunmasını, müzakirələrin beynəlxalq hüquqa uyğun, bir-birinin ərazi bütövlüyünə hörmət və işğal olunmuş ərazilərin boşaldılması çərçivəsində davam etməsini istəyir, regionda sülh və münaqişənin daimi həll yolunun əldə olunmasında müzakirələrin bərpa olunmasının vacibliyini vurğulayır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər