14 Oktyabr 2020 11:45
13 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistandan ciddi məbləğdə - 30-40 milyard dollar həcmində kompensasiya istəməliyik”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib.

Ekspert cəbhə xəttindəki durumun Azərbaycanın lehinə olduğunu bildirib:

“Uzaq olmayan bir zamanda Qarabağı tamamilə geri qaytaracağıq. Cənub cəbhəsində düşmənin vurulası hədəfi xeyli azalıb, Ermənistandan da yeni texnikanı gətirmək istəmirlər, çünki onlar da vurulacaq və düşmən öz dövlət sərhədlərini belə qorumağa aciz qalacaq.

Ermənistan dövlət sərhədlərinə çatdıqda, “hot pursuit” hüququndan istifadə etməklə qaçan düşmənə öz ərazisində də zərbələr endirə, düşmənin sərhədyanı ərazilərində təhlükəsiz bufer zonasının yaradılması gündəmə gələ bilər.

Biz Ermənistandan ciddi məbləğdə kompensasiya istəməliyik, məbləği də 30-40 millyard dollardan az olmayaraq. Bu pulun bir qismindən imtina edərək Naxçıvana quru dəhlizi də istəyə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər