18 Oktyabr 2020 10:59
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müstəqil Azərbaycan regionun lider dövlətinə çevrilib. Regionda həyata keçirilən istənilən layihə Azərbaycanın iştirakı olmadan reallaşmır. Ölkəmiz iqtisadi-siyasi müstəvidə öz mövqeyini daha da gücləndirir. Bunun da əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursu dayanır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov bildirib.

O qeyd edib ki, ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycanın maraqları ən yüksək formada təmin edilir.

Deputat bildirib ki, dövlət başçısı tərəfindən Azərbaycan nəinki regionda dünyada aparıcı gücə, mövqeyə sahib olan bir ölkəyə çevrilib: "Cənab Prezident İlham Əliyev hər zaman ulu öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, ulu öndər Heydər Əliyev yolunun davamıdır”.

YAP Siyasi Şurasının üzvü bildirib ki, bu gün güclü Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalda qalan torpaqlarını azad edir: “Azərbaycxan xalqı cənab Ali Baş Komandanın rəhbərliyi ilə tarixi gerçəkliklərə şahid olur. Azərbaycanın ən müasir tarixi şanlı qələbələrimizlə yazılır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər