17 Oktyabr 2020 18:51
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun potensialı göz önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq Azərbaycanın təcrübəsini öyrənir. Ölkəmizin ordu quruculuğu və müdafiə sahəsində atmış olduğu addımlar təhlükəsizliyimizin təminatına əsaslanır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

O qeyd edib ki, cənab Ali baş Komandanın rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib. Ölkəmizin mürəkəb bir regionda yerləşməsi və təcavüzə uğraması ordu quruculuğuna xüsusi diqqəti vacid edib. Məhz Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda ordu quruculuğu istiqamətində zəruri addımlar atılıb. Bu gün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz regionun və dünyanın güclü orduları sırasına yüksəlib”.

Cavid Osmanov deyib ki, bu gün 30 illik erməni işğalına məhz güclü ordumuz sayəsində son qoyulur:

"Xalqımızın və Ali Baş Komandanın rəhbərliyi ilə bu gün yeni bir tarix yazıldı. Şanlı Ordumuz Qarabağın azadlığı uğrunda öz layiqli missiyasını uğurla icra edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər