26 Oktyabr 2020 11:13
13 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanla Azərbaycan arasındakı müharibənın guya, dini zəmində olması iddiasını Ermənistanın yanında bir neçə müsəlman ölkəsinin, Azərbaycanın yanında isə İsrailin olması faktı rədd edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert ABŞ-ın Ermənistanı bölgədə terror yuvası kimi qəbul etdiyini bildirib:

“Ermənistanın müxtəlif aparıcı dünya ölkələrindən dəstək almaq cəhdləri bir-birinin ardınca fiaskoya uğrayır. Xüsusilə də xarici işlər nazirlərinin Vaşinqton səfəri hər şeyə nöqtə qoydu. Ardınca ABŞ-ın Azərbaycanda mümkün terror aktları ilə bağlı xəbərdarlığının da bizə deyil, Ermənistan və onun bölgədəki müttəfiqlərinə ünvanlandığı gün kimi aydın göründü.

Beləliklə, “Azərbaycan və Türkiyə bölgədə terrorçular yerləşdirir” sərsəm iddiasına da nöqtə qoyuldu. Bu bəyanatda bölgədəki terror təhlükəsinin mənbəyi açıq-aydın göstərilib.

Nəhayət, Ermənistanla Azərbaycan arasındakı müharibənın guya, dini zəmində olması iddiasını isə Ermənistanın yanında bir neçə müsəlman ölkəsinin, Azərbaycanın yanında isə İsrailin olması faktı rədd edir.

Qaldı “qədim əzabkeş xalq”, “Nuh peyğəmbərlə birbaşa qohumluq”, “Məsihin çarmıxa çəkildiyi xaç” və s. kimi “arqumentlər”ə, belə nağıllar da bu gün kimsəyə maraqlı deyil. Gələcək dünya düzəni keçmişdə axtarılmır”.


Müəllif: Mənsur Rəğbətoğlu