Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Teleqraf.com-un məlumatına görə, Kremlin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə olunub. Rusiya tərəfindən hərbi fəaliyyətin davam etməsindən narahatlıq ifadə olunub.
Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan rəhbərliyi ilə təmasları və tezliklə atəşkəsə nail olunması və böhranın deskalasiyası məqsədi ilə atılan addımlar barədə məlumatlandırıb.
İki ölkənin xarici siyasət və müdafiə strukturları, eləcə də xüsusi xidmət orqanları arasında bundan sonra da koordinasiyanın həyata keçirilməsi razılaşdırılıb.
***
20:06
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin "Haber7" saytı məlumat yayıb.
Qeyd olunur ki, telefon danışığı Türkiyə vaxtilə saat 19-da (Bakı vaxtilə 20:00-da) nəzərdə tutulub.
Təşəbbüsün Rusiya prezidentindən gəldiyi və müzakirə mövzusunun Qarabağ məsələsi olacağı qeyd edilir.