12 Noyabr 2020 09:14
2 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın cəbhədəki qələbəsi müstəvisində işğalçı Ermənistanda daxili təlatüm yaşanır. Hazırda Ermənistan 1992-93 illərdəki Azərbaycanı xatırladır. İdarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara, fəlakətə sürükləyir. 27 sentyabr - 10 noyabr hərbi mərhələsi Ermənistan hakimiyyətinin məntiqli, rasional düşüncəyə malik olmadığını sübut etdi.

Bunu Teleqraf.com-a millət vəkili Cavid Osmanov deyib.

Deputatın fikrincə, Ermənistanda hakimiyyətdə olan qüvvələr erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edir.

Millət vəkili bildirib ki, Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir: "Ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Parlament sədri Ararat Mirzoyan qəddarcasına döyülüb. Onun ailə üzvlərinə, o cümlədən, azyaşlı uşaqlarına təzyiqlər olunub. Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artıb".

Cavid Osmanova görə, xaricə üz tutan ermənilərin sırasına artıq fəal şəkildə məmurlar da qoşulur: "Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması xaricə miqrasiya axınını artırıb. Proqnoz odur ki, qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımı kəskin aşağı olacaq. Ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq".

Deputat vurğulayıb ki, bu gün Ermənistan iqtisadiyyatı tam çöküb: "Ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Xaricdən erməni lobbisi tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur. Ermənistan ordusu darmadağın olub, hərbi texnika məhv edilib. Orduya çağrılacaq canlı qüvvə yoxdur. Ermənistanda az-çox normal ordu yaratmaq və onu təchiz etmək üçün onilliklər lazımdır".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər