20 Noyabr 2020 01:05
9 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, E.Makron İlham Əliyev və Nikol Paşinyanla Fransanın Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından sonra prioritetləri barədə danışıb.

E.Makron ölkəsinin Dağlıq Qarabağ bölgəsinə humanitar yardım göstərəcəyini də bildirib. Fransa prezidenti sonda dini və mədəni irsin qorunması üçün tədbir alınmasını istədiklərini qeyd edib.


Müəllif: Teleqraf.com