“Azərbaycanlı qardaşlarımızla hərbi təhsil, təlim sahələrində birgə fəaliyyətimiz istiqamətində işləri davam ediririk”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
Akar bildirib ki, inşallah bu mövzuda əlimizdən gələni qardaşlarımız üçün edəcəyik:
"Sonunadək azərbaycanlı qardaşlarımızın haqlı davalarında yanlarında olmağa davam edəcəyik. Buna heç kimin şübhəsi olmasın”.