15 Dekabr 2020 20:08
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdri Ədalət Vəliyev Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bədrəddin Quliyevlə müzakirə aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə CHP sədri Bədrəddin Quliyev məlumat verib.

Onun sözlərinə görə, telefon danışığı zamanı ölkədə ictimai-siyasi vəziyyət, Azərbaycan Ordusunun əldə etdiyi zəfər və digər məsələlər müzakirə edilib.

“Ədalət Vəliyev bizi Prezidentin adından qələbə münasibəti ilə təbrik etdi. Müzakirə zamanı ölkəmizin böyük qələbə əldə etdiyi, 30 ildən sonra torpaqların işğaldan azad edildiyi qeyd olundu, qələbə paradının əhəmiyyəti vurğulandı, ölkədə mövcud olan milli həmrəyliyin qorunub saxlanılmasının vacibliyi önə çəkildi. Eyni zamanda milli və dövlətçilik məsələlərində dövlətin yanında olduğumuzu qeyd etdik. Ümumən milli məsələlərdə əməkdaşlığın əhəmiyyəti qeyd olundu, tərəflər bundan sonra da milli həmrəyliyin qorunub saxlanılması məsələsində eyni mövqedən çıxış etdi”, - CHP sədri bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər