22 Dekabr 2020 21:23
10 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanı dövlətçilik təfəkkürü və ənənələri olan bir ölkə kimi xarakterizə etmək doğru deyil. Ermənilər özlərini “ilk xristianlar”, “ilk xristian dövlətini quran xalq” kimi təqdim edirlər, bu, kiçiklik kompleksidir. Uydurduqları nağıllara özləri də inanırlar. Təsadüfi deyil ki, Ermənilərin xristianlığı Cənubi Qafqaz və Azərbaycandakı qədim alban kilsələrinin hesabına “məşhurlaşıb”.

Politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Bir sıra Avropa ölkələrindən müharibədən qalibiyyətlə çıxan Azərbaycana qarşı təzyiqlər başlayıb. Bura Hollandiya, Fransa, Belçika və digərləri daxildir. Sizcə, bu diplomatik hücumların kökündə hansı amillər durur?

- Müharibə başladıqdan dərhal sonra bir sıra Avropa dövlətlərindən Azərbaycana qarşı qərəzli münasibət görməyə başladıq. Əslində bu qərəzli münasibəti Dağlıq Qarabağ münaqişəsi ortaya çıxandan bəri müşahidə edirdik. Həmin dövlətlərin Dağlıq Qarabağ münaqişəsini digər məsələlərlə assosiasiya etmək səyləri var. Məsələn, Hollandiyanın Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməyə baxanda belə bir təəssürat yaranır ki, bu sənədin həmin məsələyə heç bir aidiyyəti yoxdur. Ancaq Türkiyə və Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiyalara çağırışlar edən fikirlər var. Azərbaycan öz ərazilərini işğaldan azad etməklə beynəlxalq hüququ təmin etdi. Azərbaycan Ordusu bu əməliyyatlarda BMT Təhlükəsizlik Şurasının qətnamələrini və Azərbaycan qanunvericiliyini rəhbər tutdu. Hollandiyanın qəbul etdiyi sənəd təkcə Azərbaycana qarşı yox, həm də beynəxalq hüquq və BMT-nin qətnamələrinə hörmətsizliyidir.

Hollandiyanın bu addımının həm də Türkiyəyə qarşı atıldığını deyə bilərik. Bunlar Fransanın atdığı addımlara da aiddir. Fransanın Azərbaycana qarşı qərəzli münasibətində Aralıq dənizinin şərqi və Şimali Afrikada – keçmiş fransız müstəmləkəsi bölgəsində Türkiyə ilə rəqabətdən doğan narazılıqdan irəli gələn yanaşma var. Hollandiyanın da NATO daxilində maliyyə və nüfuz məsələlərində Türkiyə ilə problemləri var idi. İndi Dağlıq Qarabağ münaqişəsindən Türkiyəyə qarşı vasitə kimi istifadə etməyə başlayıblar.

Digər yandan, kimin xoşu gəlsə də, gəlməsə də Azərbaycan Avropanın enerji təhlükəsizliyində iştirak edir. Azərbaycan burada təkcə iştirakçı yox, həm də təşəbbüskardır. Son illərdə Rusiya və İrandan yan keçməklə Avropaya gedən beynəlxalq enerji xətlərinin hamısında Azərbaycan təşəbbüskar və icraçıdır. Görünən budur ki, Avropanın bəzi siyasi institutları ilə yanaşı, iqtisadi çevrələri də bu məsələlərdən Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Onlar özlərini iyuldakı eskalasiyada, avqustdakı diversiyada və sentyabrda başlayan savaşda göstərdilər. Təsadüfi deyil ki, bu təzyiqlər Azərbaycan qazının Avropaya – İtaliyaya çatması ərəfəsində başladı. Ermənilərdən Azərbaycana qarşı istifadə edən dairələr oldu.

- Yəni özlərinin yaratdığı dəyərləri maraqları naminə öz əlləri ilə yıxırlar?

- Elə bir dövrdə yaşayırıq ki, hər şey sürətlə dəyişir, dəyərlər aşınır, şərtlər dəyişir. Məsələn, Fransa qlobal təhlükəsizliyə qarşı bir sənəd qəbul etdi. Bu sənəd 1940-cı illərdə faşistlər tərəfindən qəbul edilən və yəhudi uşaqları vasitəsilə valideynlərinin izlənməsi mexanizmini özündə ehtiva edən qanuna oxşayır. Bu, əslində faşizmin təzahürüdür. Biz son illərdə Avropanın bəzi dövlətlərində İslam dininə münasibətdə faşizmin təzahürlərini görürük. Fransa nə qədər demokratik rol oynamağa çalışsa da, əslində faşist məqamları özündə ehtiva edən bir dövlətdir.

İndi hər şeyin qlobal səviyyədə aydınlaşdığı bir dövrdür, demokratiya oyunları ilə heç kimi aldatmaq olmur. Nə Hollandiya, nə də Fransa bu kimi alətlərdən istifadə edərək öz oyunlarını qura bilməyəcəklər. Əlbəttə, 44 gün davam edən müharibə və bundan sonrakı dövrdə Azərbaycan hökuməti Fransa və Hollandiya kimi dövlətləri yerində oturtdu. Biz uzun illərdən sonra ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa ilə münasibətlərimizi aydınlaşdırdıq. Axır ki, öz içindəkiləri açıb göstərdilər. Hətta Fransanın Minsk Qrupundakı həmsədri Azərbaycan Prezidenti ilə görüşdə yalan danışmaqdan belə çəkinmədi ki, bizi bura dəvət ediblər. Amma məlum oldu ki, onları Bakıya kimsə dəvət etməyib. Yəni hər şey aydınlaşır.

Əlbəttə, Fransa xarici işlər naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdi, amma Fransa parlamentinin həm aşağı, həm də yuxarı palatalarının qəbul etdiyi qətnamələr təkcə Azərbaycana qarşı deyil, Parisin beynəlxalq öhdəliklərinə və beynəlxalq hüquqa qarşı hörmətsizliyidir.

- Fransanın sərgilədiyi bu mövqe onun özünə hansı təsirləri göstərir?

- Fransanın 44 günlük müharibə dövründə sərgilədiyi mövqe onun beynəxalq münasibətlərdəki yerini zəiflətdi, qeyri-ciddi, güvənilməz tərəfdaş kimi göstərdi. Hamıya məlum oldu ki, Fransa prezidenti saxta xəbərləri çox rahatlıqla “real xəbər” kimi təqdim edə, daxildəki lobbi qrupları Fransanı istədikləri yerə oynada bilərlər. Əslində bu müharibədə Fransanın yürütdüyü siyasət ifşa olundu, aydın oldu ki, orada Fransanın siyasi institutlarında dövlətçilik anlayışı yoxdur – lobbidən qidalanan rüşvətxor siyasətçilər var.

Fransa keçən illər özünü “Avropada mədəniyyətin mərkəzi” kimi təqdim etmişdi, ətriyyat, incəsənət etalonu kimi ad çıxarmışdı. Amma bu “fransız etalonu” çat verdi.

- Bəs bundan sonra nə baş verəcək?

- Nə Hollandiyanın, nə də Fransanın beynəxalq hüquqa hörmət etməkdən başqa çıxış yolu var. Hər ikisi Azərbaycanla münasibətdə beynəlxalq hüququn nomra və prinsiplərinə uymaq məcburiyyətindədir. Həm Fransa, həm də Hollandiyanın qəbul etdiyi qətnamələrin bir hüququ qüvvəsi olmasa da, Azərbaycan üçün bir xəbərdarlıq fişnəngi rolunu oynadı ki, bəzi məsələləri diqqətdə saxlamaq lazımdır. Bu, Azərbaycana qarşı münasibətlərdə bir mərhələ idi. Azərbaycan bu mərhələni keçdi. Amma bu mərhələ davamlı olacaq. Bunun üzərində başqa işlər də qurulacaq. Əlbəttə Fransanın Dağlıq Qarabağ məsələsindən Türkiyəyə və Azərbaycanın bölgədə həyata keçirdiyi enerji layihələrindən pay ummaq üçün istifadə etməsi qətiyyətlə pislənilməlidir.

Pandemiya göstərdi ki, region dövlətləri bir-biri ilə iqtisadi münasibətlərdə yaxşı olmalıdır, beynəlxalq təşkilatlar vasitəsilə kənar oyunçuların regionlara təsir əldə etməsi regional təhlükəsizliyə hədədir. Bu, anti-qlobalizm hərəkatıdır. Azərbaycan coğrafi cəhətdən hər nə qədər kiçik ölkə olsa da, son proseslərdə Cənubi Qafqaz və Yaxın Şərqdə nə qədər önəmli ölkə olduğunu göstərdi. Türkiyə Prezidenti Ərdoğanın Bakıdakı Qələbə paradı zamanı çıxışı da istər İrana, istərsə də digərlərinə göstərdi ki, Azərbaycanla hesablaşmaq lazımdır. Bu onu nümayiş etdirdi ki, Azərbaycanla hesablaşan ölkə uğur qazanacaq.

Fərqli mədəniyyətlərin və dinlərin qovşağı olan bu bölgədəki tolerant ortamın bir enerjisi var. Bu enerji ona toxunmaq və zədələmək istəyən hər şeyi yandırır. Buna görə də istər Hollandiya, istər Fransa, istərsə də digərləri Azərbaycana münasibətdə beynəlxalq hüquqa hörmət etməyə məcbur olacaq. 44 günlük Vətən müharibəsi ilə gedən proseslər yeni gəlişmələrin başlanğıcıdır. İrəlidə aktiv üç-beş il gözlənilir. Hər vəchlə Ermənistandakı o yalançı təəssüratı dirçəltməyə çalışan qüvvələr var. Biz bunu Araik Arutyunyanın separatçı rejimi yenidən dirildəcəyi ilə bağlı mesajlarında da görürük. Azərbaycan bu prosesləri dərindən izləməlidir.

Bir sözlə, müharibə birməyib. Müharibənin hərbi hissəsi bitib, daha qəddar və gərgin siyasi mərhələ başlayır.

- Bəs ermənilər bizdən nə istəyirlər, bölgədəki yeni reallıqlarla barışacaqlarmı?

- Ermənistanı dövlətçilik təfəkkürü və ənənələri olan bir ölkə kimi xarakterizə etmək doğru deyil. Ermənilər özlərini “ilk xristianlar”, “ilk xristian dövlətini quran xalq” kimi təqdim edirlər, bu, kiçiklik kompleksidir. Uydurduqları nağıllara özləri də inanırlar. Təsadüfi deyil ki, Ermənilərin xristianlığı Cənubi Qafqaz və Azərbaycandakı qədim alban kilsələrinin hesabına “məşhurlaşıb”. Ermənilər XX əsrin əvvəllərində Rusiya və digər dünya güclərinin hesabına Azərbaycanın tarixi ərazilərində özlərinə dövlət qurublar. Ermənilərin həmin qüvvələrə arxayınlığı indi də davam edir. Təsəvvür edin, ermənilər deyirlər ki, Ermənistan-Azərbaycan sərhədlərini də rus qoşunları qorusun.Yalan danışmaq, satmaq, baş kəsmək bu millətin fitrətində var.

SSR-i dövründə ermənilər azərbaycanlılar haqqında hər nə qədər “tacir xalq” fikrini formalaşdırsalar da, ən pis ticarətçi xalq ermənilərdir. Dünyanın hər yerinə geniş yayılmalarının kökündə duran əsas məqamlardan biri də bununla bağlıdır. Dünyanın hər yerində ticarətlə məşğuldurlar. Alıb-satmaq ermənilərin peşəsidir. Hər şeylərini satan ermənilər dövlətlərini də satışa çıxara bilərlər.

Biz Ermənistanda üç prosesin şahidiyik: Amerikadakı erməni lobbis və diasporunun apardığı, Rusiyadakı erməni lobbisinin apardığı və Rusiyanın özünün birbaşa iştirak etdiyi proses. Məsələn, bu yaxınlarda Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi haqda Ermənistanın adından Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Bortnikov danışdı. Bakıdakı danışıqları da o apardı. Bunlar Ermənistanın idarəçilik ənənələri olmadığı üçün baş verir.

Belə demək mümkündürsə, ermənilər təkcə müharibənin yox, həm də yalançı ideologiyalarının çöküşündən doğan fəlakətlə üzləşiblər... Ermənilər indiyədək inandıqları “Böyük Ermənistan” ideologiyasının əslində heç nəyə yaramadığınl, yalan olduğunu gördülər. Hazırda da bunun fəsadlarını yaşayırlar. XX əsrdən sonra bəlkə də ermənilər o fakt qarşısında qalıblar ki, erməni kimliyi böyük deyilmiş. Xəstə insanlar həmişə öz xəstə təxəyyüllərinə inanırlar. Ermənilər o faktlar qarşısında qalıblar ki, əslində heç nəyə yaramayan, münasibətlərini münaqişələr üstündə quran, satan, oğurlayan, öldürən, uşaq başı kəsən, kişilərlə döyüşə bilməyən, amma Xocalıda uşaqları və yaşlı qadınları qətlə yetirən xalqdır. Artıq ermənilər bunu başa düşürlər. Bu gün Paşinyan “eməni hərbçisin ruhu”ndan danışır, amma bu gün Ermənistanda bu yalanlar işə yaramır.

Başqa sözlə, bu gün Ermənistandakı böhran torpaqlalarla bağlı deyil. Azərbaycan öz ərazilərini işğaldan azad etməsi Ermənistan və ya ermənilərin daxilindəki böhranı üzə çıxardı. Yəni hazırda Ermənistanda gedən prosesləri bununla bağlamaq doğru deyil. Sadəcə olaraq, savaş ermənilər üçün bir test oldu. Ermənilərə məlum oldu ki, bu saxta ideyalar yararsızdır, Ermənistan dövləti əsgərləri öz valideynlərindən gizlədən, onlardan oğurlayan bir quldurdur. Əlbəttə bu qərarları sıravi erməni verməyib – Paşinyan, Tonoyan və Araik Arutyunyan verib. Amma bu yalançı simalar hələ də üz tapıb insanların qarşısına çıxa bilirlər.

- Bəs onların taleyi necə olacaq, məsələn, Paşinyanı nə gözləyir?

- Paşinyanın hakimiyyətdən getməsi vaxt məsələsidir. Amma Rusiya hələlik hər vəchlə Paşinyanı qorumağa çalışır. Paşinyan hakimiyyətə gələndə onun “Qərbin adamı” olması haqda Azərbaycan, Rusiya, hətta Ermənistanın özündə də nağıllar danışanlar var idi. Mən ilk gündən Paşinyanın Rusiyanın adamı olduğunu demişəm. Bu, sonrakı proseslərdə də özünü göstərdi. Əslində başqa cür mümkün də deyil. Məlumdur ki, Ermənistanın sənayesinin 80 faizi Rusiyanın əlindədir. Bundan başqa, Rusiya hərbi, siyasi və iqtisadi baxımdan Ermənistanın təhlükəsizliyinin qaranatıdır. Hazırda Paşinyan hakimiyyətdə ona görə saxlanılır ki, Rusiyanın onun yerinə qoyacağı hazır kadrı yoxdur

Hesab edirəm ki, bu gün Ermənistanda gedən proseslər Azərbaycanın xeyrinədir. Torpaqların sahibi gəlin o əraziləri işğaldan azad edib, amma yenə də işğaldan danışırlar. Amma ona inanıram ki, Paşinyan ilin sonuna qədər hakimiyyətdən gedəcək. Ermənistan daxilində müvəqqəti hərc-mərclik gözləyirəm. Bu hərc-mərclik cəmiyyətdəki aqressiyanı yatırmaq üçün lazımdır. Bu istiqamətdə vətəndaş müharibəsinə oxşar hadisələr cərəyan edə bilər. Bu çərçivədə müxalifətin tanınmış simalarının həbsi həyata keçiriləcək. Başqa sözlə, Emənistanı 1990-cı illərdə Azərbaycanda getmiş proseslər gözləyir. Hazırda Ermənistanda hakimiyyəti silah gücünə ələ keçirmək istəyən qüvvələrin zərərsizəşdirilməsi prosesi gedir. Bu qüvvələr mesajlarını açıq şəkildə verirlər. Təsəvvür edin, baxmayaraq ki, valideynləri İrəvanda üsyana qalxıblar, amma Ermənistan hakimiyyəti Azərbaycan ordusuna əsir düşən əsirləri geri istəmir. Çünki həmin hərbçilər Ermənistana qayıdanda silahlarını Paşinyana qarşı çevirəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər