5 Yanvar 2021 11:08
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix sübut edib ki, ermənilər Balkanlarda, İranda, Türkiyədə və Qafqazda yaşadıqları zaman heç vaxt torpaq iddialarından əl çəkməyiblər. Onlar həmişə yaşadıqları dövlətin, qonşu ölkələrin ərazisinə sahiblənmək iddiasında olublar. Bu, tipik erməni xəstəliyidir. Siyasət, istək arzu bu qədər ola bilməz. Sadəcə psixoloji bir sindromdur. Nə qədər ki, dünyada ermənilər var bu xəstəlik daim yaşayacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, cənab Prezident xalqa sonuncu müraciətində bir sıra məsələlərə toxunaraq, Azərbaycana qarşı revanşist ab-havada olanlara da mesaj göndərib:

“Cənab Prezident məğlub Ermənistanın bundan dərs çıxarmalı olduğunu bildirib. 44 günlük müharibə Azərbaycan dövlətinin ərazisində aparılıb. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etmək üçün Vətən müharibəsinə başlayıb. Yenidən erməni faşizmi baş qaldırsa, artıq müharibə Ermənistan ərazisinə keçəcək. Beləliklə Ermənistanın mövcudluğu sual altına düşəcək”.

Deputat erməniləri revanşizmə sürükləyənlərin, acı nəticəni bilə-bilə təhlükəli oyuna əl atanların mövcudluğundan bəhs edib:

“Fransa kimi dövlətlər cinayətkarı, terrorçunu dəstəkləməklə öz tarixlərinə belə zərbə vururlar. Makron kimilər, bəzi Avropa dövlətlərinin parlamentləri, erməni lobbisinin maliyyəsindən asılı olanlar Ermənistanı növbəti təhlükəyə sürükləyirlər".

Elman Məmmədov əlavə edib ki, cənab Ali Baş Komandan xalqa müraciətində bütün bunlara cavab olaraq ciddi mesajlar verdi:

"Açıq şəkildə vurğuladı ki, ermənilər bundan sonra hansısa bir iddiaya düşsələr, yenidən başları dəmir yumruqla əziləcək. Ermənistanda prosesləri düzgün qiymətləndirənlər varsa, mənsub olduqları xalqı bu yanlış yoldan çəkindirməlidirlər. Əks təqdirdə yenidən müharibə başlasa, döyüş əməliyyatları Ermənistan ərazisində gedəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər