19 Yanvar 2021 18:12
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbəni qeyri-neft sektorunu uğurla inkişaf etdirməklə möhkəmləndirir. Çünki iqtisadiyyatı gücləndirmədən gələcək uğurlardan danışmaq olmaz. Cənab Prezident İlham Əliyevin iqtisadi siyasətin təməlində qeyri-neft sektorunun inkişaf etdirilməsi təməl prinsipdir. İqtisadiyyatın şaxələndirilməsi prinsipi əsas götürülərək qeyri-neft sektorunda uğurlar əldə edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, 2020-ci il dünya iqtisadiyyatı üçün çətin il olsa da, ölkəmiz bu dövrü az itkilərlə başa vurub:

“Ötən il ölkə iqtisadiyyatında cəmi 4,3% geriləmə qeydə alınıb. Qeyri-neft sənayəsində isə 12,5% artım olub. Valyuta ehtiyatları cüzi olsa da artıb. Sənaye sektorunda əldə olunmuş artım ölkəmizdə sürətli sənayeləşmənin gösətəricisidir. 18 yanvarda cənab Prezident Sumqayıt Kima Sənaye Parkında iki yeni müəssisənin təməlini qoyub, bir müəssisənin isə açılışını edib. Müəssisələrin yaradılması yeni iş yerlərinin açılması, daxili tələbatın ödənilməsi və ixrac yönümlü məhsulların istehsalı deməkdir. Təməli qoyulmuş sulfat turşusu istehsalı müəssisəsi ildə 20 min ton sulfat turşusu istehsal edəcək. Bu da daxili təlabata olan 5-10 min ton tələbi ödəyəcək. Paralel olaraq qonşu Rusiya və Gürcüstana ixracın reallaşması gözlənilir. Təməli qoyulmuş şüşə tara istehsalı zavodu isə 60-90 milyon şüşə istehsal etməklə daxili təlabata olan 45-50 milyon şüşəni ödəməklə ixrac potensialımızı formalaşdıracaq. Açılışı olmuş vərəq şüşə istehsalı zavodu isə ölkəmizin vərəq şüşə idxalından asıllığını aradan qaldıracaq”.

Deputatın fikrincə, yeni sənaye sahələri son texnologiyalara əsaslanır və dünya bazarlarında rəqabət qabiliyyətlidir:

“Ona görə də Azərbaycanda istehsal olunan sənaye məhsullarına dünya bazarlarında alıcıların tapılması çətinliyi yaranmır. İdxalın istehsalla əvəz olunması və ixrac potensialımızın artması ölkəmizin xarici valyutadan asılılığını aradan qaldırır. Bu da manatın mökəmlənməsinə və ölkədə iqtisadi sabitliyin qorunmasına gətirib çıxarır. Gələcəkdə ölkəmizin iqtisadiyyatına xarici investisiyaların yatırılması daha da artacaq. Ölkəmizdə münaqişə mövzusu arxada qalıb. Sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. İşğaldan azad olunmuş ərazilərin təbii resurs potensialı yüksəkdir. Ölkəmizin yerləşdiyi coğrafiya istehsal olunan məhsulların xarici bazarlara çatdırılmasını asanlaşdırır. Manatın məzənnəsi sabitdir. Eyni zamanda ölkədə biznesə başlanması üçün asan sistem qurulub”.

Millət vəkili əlavə edib ki, Dünya Bankının Doing Busines jurnalının hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi sırasında yer alıb:

“Biznesə başlamağın rahatlığı indikatoru üzrə Azərbaycan dünyada ən qabaqcıl yerlərdədir. İşğaldan azad olunmuş ərazilərdə sənayeləşməyə xidmət edən yeni investisya layihələrinin həcmi genişlənəcək. Bu da ölkəmizin iqtisadiyyatının daha güclənməsi və insanların sosial rifahının yaxşılaşması deməkdir


Müəllif: Tapdıq Qurbanlı