Cənab Prezident Şuşadan mühüm mesajlar verdi. Bu, ermənilərin bir daha işğalçılıq niyyətinə düşməməsi üçün çağırış idi. Qarşı tərəfin də bu çağırışı real olaraq qəbul etdiyini görürük. Amma yenə də zəhərlənmiş beyinləri ilə nağıllar uydurmağa başlayırlar. Yenidən özlərinin torpaq iddialarını canlandırmaq istəyirlər. Anlamırlar ki, gələcəyə yönəlmiş dinamikada yüksələn, artan kəmiyyət və keyfiyyətcə bir Azərbaycan var.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.
Deputatın fikrincə, Ermənistanın bu prosesin qarşısında hər hansı bir formada duruş gətirməsi mümkün deyil:
“Bu nəsil hələ biraz ermənilərə güzəştli yanaşdı. Yeni Azərbaycan nəsli ermənilərin ümumiyyətlə bu torpaqlarda yaşamasına imkan verməyəcək. Bunu həzm etməyəcək”.
Partiya sədrinə görə, ermənilər yenə işğalçı siyasətlərini davam etdirsələr gələcək nəsillərimiz onları haqqı çatmayan bu torpaqlarda yaşamağa imkan verməməlidir:
“Çünki işğalçılıq niyyəti ilə əgər bir xalq öz yaşamını sürdürürsə, gələcəkdə o təhlükə mənbəyinə çevrilir. Ancaq ermənilər siyasətlərində dönüş etsələr, millət olaraq reallıqla barışsalar, o zaman azərbaycanlılarla birgə yaşayış imkanlarını dəyərləndirə bilər. Bu onların ancaq xeyrinə olar. Ona görə də, ermənilərin nəyi qəbul edib, etməməsi bizi qətiyyən maraqlandırmır. Bizim nəyisə qəbul etməyimiz önəmlidir. Digər tərəfdən cənab Prezident Azərbaycan xalqına çağırış etdi ki, laqeydləşmək günahdır, yolverilməzdir. Torpağı itirməmək lazımdır. Biz itirdiyimiz torpaqları on min şəhid qanı bahasına geri qayrarırıq. Ona görə də, istəmiriksə ki, şəhid qanı tökülsün, itgilərimiz olsun torpaqlarımızı mütləq qorumalıyıq. Bu mesaj ölkə rəhbəri tərəfindən xalqa xatırladılmış oldu. İnandığımız, əmin olduğumuz odur ki, Azərbaycan insanı bu dəfə əlimizdə olan doğma vətən torpağını göz bəbəyi kimi daha mətanətlə qoruyacaq”.
Fazil Mustafa cənab Prezidentin Şuşada, Cıdır düzündə paxlava ilə çay içməsinin müsəlman dəyərlərinə uyğun davranış olduğunu söylədi:
“Bu həm də milli identifikasiyamıza uyğun bir çağırış idi. Paxlava və çay bizim milli simvolumuzdır. Azərbaycan dünyada ən çox çay içilən bir məmləkətdir. Cıdır düzü babalarımızın dəyərləri yaddaşlara hopdurduğu bir məkandır. Cənab Prezident bütün bunları bir simvolik dəyərləndirmə ilə çatdırıb. Əslində müəyyən dərəcədə səssiz filmlərdə olduğu kimi mesaj hərəkətlərlə çatdırıldı. Təxminən belə bir forma seçilmişdi. Çox uğurlu yanaşma idi. Bundan sonrakı dövrdə ermənilər analayacaqlar ki, bu torpaqları murdarlamaq olmaz. Torpaqların əsl sahibi buranı təmiz saxlayacaq və bir də bura erməni ayağı dəyməyəcək”.