YAP-ın qurultayı bu dəqiqələrdə davam edir.
Teleqraf.com xəbər verir ki, qurultayda AMEA Prezidenti Ramiz Mehdiyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Vasif Talıbov, Respublika Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, o cümlədən partiya rəhbərliyində təmsil olunan şəxslər, rayon və şəhər təşkilatlarının sədrləri iştirak edir.
Qurultay pandemiyaya görə 4 salonda keçirilir.
***
10:08
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.
Teleqraf.com-un xəbərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
***
09:39
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı saat 10:00-da başlayacaq.
Teleqraf.com-un xəbərinə görə, hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
***
01:36
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu, YAP-ın VII qurultayıdır.