10 Mart 2021 14:53
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti Robert Köçəryan 1988-ci ilə qədər Dağlıq Qarabağda çəkisi, hörməti olan siyasətçilər arasında yox dərəcəsində idi. Onu dırnaqarası populyarlaşdıran, siyasi riyakarlıqla sürükləyib, ortalığa atan o dövrün Kremli olub. Bu adam SSRİ-i Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı kimi dəstəkləndi və birdən-birə oyuncaq lider kimi ortaya çıxdı. O dövrdə Köçəryan heç kim idi, sadəcə Qarabağ İpək Kombinatının partiya təşkilatında katib kimi çalışırdı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Köçəryan 1988-ci ildən başlayaraq Qarabağda törədilən terror hadisələrində, qırğınlarda iştirak edən iki-üç cəlladdan biri olub: “Robert Köçəryan dırnaqarası siyasətə cinayətkar kimi gəlib. Onlar cəllad, terrorçu, soyqırım etmiş şəxslər idi. Faşist ideologiyası ilə hərəkət etmiş, qanişən birinin Ermənistanda vəzifələrdə olması isə bu cəmiyyət haqında fikirləri aydınlaşdırır.

Qarabağdan bir terrorçu gəlib erməniləri idarə edir, öz xalqına qarşı da cinayət törədirsə buna layiqli cavab verilməli idi.

Robert Köçəryan hakimiyyəti dövründə xalqının başına gətirdiyi müsibətlər ölçüyə gəlməz dərəcədədir. O, Azərbaycan xalqına amansız divanların tutulmasında, əli yalın insanlara işgəncələr verməkdə, insanlığa qarşı misli görünməmiş cinayətlər törətməkdə ad çıxarıb. Erməni cəmiyyətində o dövrü analiz edib nəticə hasil etsələr, Köçəryan kimi adamlarla necə davranmalı olduqlarını biləcəklər”.

Elman Məmmədovun fikrincə, erməni xalqı yenidən Köçəryan və onun kimilərin arxasınca gedəcəksə, növbədi fəlakət yaşayacaq: “Terrorçu bir adamın yenidən Azərbaycana qarşı müharibə ilə bağlı çağırışlar etməsi cəfəngiyatdan başqa bir şey deyil. O, sadəcə erməni cəmiyyətinin düşdüyü ağır, psixoloji durumdan məharətlə istifadə etməyə çalışır. Populist çıxışlarla əslində Köçəryan özünə tərəfdar toplamağa niyyətlənib. Sabiq prezidentlərin dövründə isə Ermənistandan nə qədər əhalinin qaçıb getdiyini bu gün hər kəs bilir”.

Deputat qeyd edib ki, Azərbaycan 44 günlük müharibədə Köçəryan-Sarkisyan cütlüyünün hərbi xunta rejimini darmadağın edib: “Bu gün Köçəryan, Sarkisyan kimilərin nə deməsindən asılı olmayaraq, erməni cəmiyyəti olanlardan və olacaqlardan düzgün nəticə çıxarmalıdır. Yenidən ağır məğlubiyyət yaşamaq təhlükəsinə doğru getmək intihara bərabərdir. Digər tərəfdən erməni cəmiyyətinin cinayətkar Qarabağ klanına dəstək verməsi də mümkün görünmür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər