12 Aprel 2021 10:46
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dünyasına qarşı aparılan dezinformasiya kampaniyasını zərərsizləşdirmək istiqamətində səylər birləşdirilməlidir. Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında bu məsələ bir daha gündəmdə gəldi. Bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

O deyib ki, döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində bitməyib:

“Görünən odur ki, uzun müddət də davam edəcək. Bu cəbhədə əldə edilən uğur daha böyük uğurlarla şərtlənir. Biz 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində də fəallıq nümayiş etdirdik. Erməni tərəfi dezinformasiya siyasətini davam etdirirdi. Ermənipərəst mövqedən çıxış edənlər, qərəzli yanaşma sərgiləyənlər də var idi. Bununla belə dünya Qarabağda baş verənlərlə bağlı ən operativ və dəqiq məlumatları Azərbaycandan alırdı”.

Deputat qeyd edib ki, bu müddətdə Azərbaycan-Türkiyə Ortaq Media Platforması da böyük səmərə verdi:

“Təcrübə göstərdi ki, post-müharibə dövründə də ortaq platforma işlək olmalıdır. Keçirilən son toplantıda da qeyd edildiyi kimi, hamımız Türk dünyasına qarşı dezinformasiya kampaniyasının aparıldığının şahidiyik və biz atdığımız hər addımda həqiqətə xidmət etməyə çalışırıq. Bu gün ən təhlükəli tendensiyalardan biri kibertəhlükəsizlik və rəqəmsal hücumlardır. Bu təhlükələrə qarşı mütləq şəkildə media sahəsində ən effektiv təcrübələr birləşdirilməli, bu əməkdaşlıq uzunmüddətli perspektivə hesablanmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər