22 Aprel 2021 10:34
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xankəndində sülhməramlıların parad keçirməsi haqda xəbərləri yaxşı qiymətləndirmək mümkün deyil. Mən indiyə qədər belə bir prisidentin şahidi olmamışam. Sülhməramlı nədir, parad nədir?”.

Bu sözləri Teleqraf.com-a “Ayna-Zerkola” qəzetinin təsisçisi, analitik Elçin Şıxlı Rusiyanın Qarabağdakı sülhməramlılarının parad keçirəcəyi haqda xəbərləri şərh edərkən bildirib.

Şıxlı deyib ki, bu kimi addımlar bölgədə yaxşı ab-hava yaratmağa əsla xidmət etmir:

"Əslində belə bir addım sülhməramlı missiyaya zidd olmaqla yanaşı, bir növ güc nümayişidir. Ölkə Prezidentinin Hacıqabulda dövlət televiziyasına verdiyi müsahibədə də “İsgəndər-M” raket kompleksi barədə fikrini bildirdi. Dedi ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab verib, amma bu cavab Azərbaycanı qane etmir. Prezident əlavə etdi ki, Azərbaycan “İsgəndər-M” raketinin necə və hansı yollarla Ermənistana gəlməyinin səbəbini soruşur. Əslində, çox şey bilirik, amma indiki mərhələdə Rusiyadan dolğun cavab gözləyirik. Bu, o deməkdir ki, Rusiya ilə bizim aramızda diplomatik münasibətlər var, tərəflər müzakirələr aparır. Amma arxa planda da gərginlik var. Rusiyanın Ermənistanı sürətlə silahlandırması haqda söz-söhbətlər gəzir”.

Analitik xatırladıb ki, bir müddət əvvəl Rusiya kanalında “Lancet” model Pilotsuz Uçuş Aparatları haqda süjet verilib və iddia edilib ki, bu aparat Türkiyə istehsalı olan "Bayraqdar-TB2 dronunu məhv etmək qabiliyyətinə malikdir:

“Guya Bayraqdarları vuracaqlar. Hələ ortalıqda heç nə yoxdur, “Lancet” də havaya qalxıb heç nəyi vurmayıb, amma bunlar hay-küy salıblar. Deməli, gərginlik var. Azərbaycanın mövqeyi ortadadır. Biz münasibətlərdə səmimiyyətin olmasını vacib sayırıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər