“İcbari tibbi sığorta ilə bağlı layihə artıq pilot layihə olmaqdan çıxıb. Aprelin 1-dən bu sistem Respublika üzrə faktiki tətbiq olunur".
Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında çıxışı zamanı deputat Fazil Mustafa deyib.
Millət vəkili icbari tibbi sığortanın tətbiqindəki qüsurlardan danışıb:
“Yüz minlərlə vətəndaşın təyinat olaraq harada müalicə olunacağı açıq qalıb. Əgər hazırlıq səviyəsi yetərli deyilsə, bu sistem formal olaraq niyə tətbiq edilir?”.
Deputat qeyd edib ki, onların maaşlarından yanvar ayından etibarən icbari tibbi sığorta üçün vəsait tutulur:
“Lakin bunun tətbiqində çatışmazlıqlar var. Vergi ödəyən vətəndaş pullu müalicə almalı deyil”.