25 Aprel 2021 00:08
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin soyqırımı ifadəsini işlətməsi tarixin təhrif olunması, həqiqətlərin danılması və beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməli və şiddətlə qınanmalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Əslində 1915-ci ildə ermənilər türklərə və Anadoluda yaşayan digər müsəlmanlara qarşı soyqırımı törədiblər. 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törədiblər. Və nəhayət 1992-ci ildə bütün dünyanın gözü önündə Xocalı soyqırımını törədiblər! Əgər Co Bayden soyqırımı ifadəsi işlətmək istəyirsə, birinci ermənilərin azərbacanlılara qarşı törətdiyi soyqırımı ifadəsini işlətsin! Məsələnin kökünə gəldikdə isə...

1 .Co Baydenin “soyqırımı” ifadəsini işlətməsi beynəlxalq hüquq baxımından heç bir hüquqi məsuliyyət yaratmır.

2. Avropa İnsan Hüquqları Məhkəməsinin bu iddianı hüquqi baxımdan rədd edən məhkəmə qərarı var. (Doğu Perincək məsələsində )

3. “Soyqırımı” silahı istifadəsi birdəfəlik olan silah idi, sadəcə, ildə bir dəfə siyasi şantaj vasitəsi kimi Türkiyəyə qarşı tuşlanır və müəyyən güzəştlər əldə edilirdi. Bayden bu silahı atdı və bitdi. Yəni ABŞ-ın qardaş Türkiyəyə qarşı istifadə etdiyi təzyiq alətlərindən biri artıq yoxdur.

4. 1915-ci il hadisələri beynəlxalq hüquqda tərif edilən soyqırımı kriteriyalrına əsla uyğun deyil.

5. Bayden “soyqırımı” silahını ermənilərin də əlindən aldı.

6. Ən təhlükəli fikir isə Baydenin “Biz bunu (genosidi qəbul etməyi) kimisə günahlandırmaq üçün deyil, baş verənlərin təkrar olunmaması üçün edirik” ifadəsidir .

Bu fikrin sətiraltı məzmunu, Türkiyəni hədələmək, Vətən müharibəsində Azərbaycanın yanında olduğuna görə onu siyasi müstəvidə şantaj etmək, İrəvandakı qərbpərəst qüvvələri dəstəkləmək və onları seçkidə qalib etmək, regionda 6 tərəfli formatda mümkün əməkdaşlıq platformasının yaradılmasını əngəlləmək, Ermənistanda Rusiyanın nüfuzunu aşağı salamq, 44 günlük savaşda ermənilərini tarixi məğlubiyyətinin səbəbkarı kimi Rusiyanı göstərmək və Cənubi Qfaqaza yenidən müdaxilə planlarının olmasını bəyan etməkdir.

ABŞ prezidentinin soyqırımı ifadəsini işlətməsi tarixin təhrif olunması, həqiqətlərin danılması və beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməli və şiddətlə qınanmalıdır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər