14 May 2021 12:01
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim dövlətim Liviya və Qarabağın ələ keçirilməsinə imkan vermədi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyәnin Daxili işlәr naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, son zamanlar Türkiyənin daxilində gərginlik yaratmaq üçün müxtəlif ssenarilər hazırlanır: “Hazırlanan ssenarinin bu səviyyəyə çatacağını gözləyirdim. Türkiyənin köhnə Türkiyə olmadığını başa düşməyənlər var. Hökümətlərimiz və partiyamız terrorçuluq və narkotik qaçaqmalçılığından tutmuş bir çox sahələrdə cinayətkaqlıqla mübarizədə ölkə tarixində ən uğurlu nəticələr əldə edib. Ancaq lap əvvəldən ən uğurlu nəticələr qazandığımız sahə ölkəmizi və millətimizi mafiyanın əlindən qurtarmağımızdır. Buna görə liderimiz Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirirəm. Çünki o, mafiyanın ölkəmizdə fəaliyyətinin və çirkin oyunlar oynamasının qarşısını alıb.

Mənim dövlətim heç Liviya və Qarabağın ələ keçirilməsinə imkan vermədi. Bəsit bir mafiya qalıqlarının haranısa ələ keçməsinə imkan vermərik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər