Azərbaycan bir sıra beynəlxalq təşkiltlarla əməkdaşlıq edir. Bu əməkdaşlığın çərçivələri konkret sazişlərlə tənzimlənir.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında vitse-spiker Əli Hüseynli deyib.
Hüquqşünas Avropa Parlamentinin “hərbi əsir”lər haqqında qətnaməsinə üstüörtülü toxunaraq onu tənqid edib: “Bu, heç cür qəbul edilən deyil. Qarabağ konflikti həll edilib, bu, 10 noyabr üçtərəfli sazişlə başa çatıb. Odur ki, bu məsələdə istinad olunacaq sənəd də 10 noyabr sazişidir”.