21 May 2021 16:06
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu dəyişikliklərlə beynəlxlq reytinqimiz güclənəcəksə, müsbət haldır. Çünki bu, həm də ölkəyə investisiya qoyulması baxımından əhəmiyyətlidir".

Teleqraf.com xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” qanun layihəsinin müzakirəsi haqda danışarkən bildirib.

Deputat deyib ki, Azərbaycanda dövlət satınalmaları ilə bağlı problemlər var: “Birincisi, tenderlərdə mallar istehsalçıdan deyil, vasitəçidən alınır. Bu hər kəsin bildiyi məsələdir və cəmiyyətdə narazılıq doğrur.

İkinci problem tenderlərdə iştirakla bağlıdır. Bəzən görürsən ki, 2 ay ərzində yaranan şirkət milyonluq tenderi udur. Məncə, bu qanunvericiklə tənzimlənməlidir”.

Millət vəkili çıxışı zamanı sual da verib: “Əsas problem hardan qaynaqlanır? Biz bu məsələyə diqqətli yanaşmalıyıq. Məncə, problemin kökü buradadır. Bu iki problemin aradan qaldırılması haqqında düşünməliyik”.


Müəllif: Nemət

Oxşar xəbərlər