21 May 2021 16:27
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmiyyətdə şəhidlərimizlə bağlı narazılıq yaradan hal var.

Teleqraf.com xəbər verir ki, bunu deputat Elman Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Deputat qeyd edib ki, bu insan canını vətən uğrunda qurban verib və şəhidlik zirvəsinə ucalıb:

“Şəhidlikdən yüksək zirvə yoxdur. Bu insan daha neynəməlidir ki, adına küçə olsun? Biz niyə ayrıseçkilik etməliyik? Niyə düşünməliyik ki, bu şəhidin orden, təltifi olduğundan onun adına küçə vermək olar, amma digəri təltif edilmədiyinə görə, onun adına küçə vermək olmaz. Məncə, bu, düzgün yanaşma deyil”.

Deputat eyni zamanda bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə yüksələnlər də diqqətə alınmalıdır:

“Bu məsələdə fərq qoymaq olmaz. Hamısı vətən uğrunda canından keçib. Onlar fərqləndirilməməlidir.
Mən bəzən bir sıra icra başçılarına zəng edib özüm danışmışam. Bildirmişəm ki, sizin rayonun filan kəndlərində şəhid məzarı var. Heç xəbərləri yoxdur. Gedib onların məzarlarını ziyarət etməyiblər. Məzarlar da baxımsız vəziyyətdədir. Hərəsi də bir cür bəhanə gətirir. Belə münasibət dəyişməlidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər