“Birinci Qarabağ müharibəsində döyüşən, qazi Rüxsarə Cumayevanın köməyə ehtiyacı var”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Elşən Musayev deyib.
Deputat qazinin dövlətdən kömək gözlədiyini bildirib:
“Tutu ləqəbli qazimiz Rüxsarə Cumayevanın hazırda səhhəti pisdir. Onun ayaqları tutulub. Bu qəhrəman xanıma təcili olaraq kömək edilməlidir. Vəziyyəti qeyri-qənaətbəxşdir. Onun dövlətdən gözləntisi var. Xahiş edirik ki, aidiyyəti qurumlar qazimizin sağlamlığı üçün səfərbər olsunlar”.