2 İyun 2021 23:57
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp Lənkəranda səfərdə olub.

Teleqraf.com xəbər verir ki, səfir Lənkəran səfəri ilə bağlı tvitter səhifəsində paylaşım edib.

"Xan evi muzeyini gəzdim və Lənkəran haqqında maraqlı məlumat öyrəndim", deyə səfir qeyd edib.

Qeyd edək ki, Lənkəran xan sarayı — Lənkərandakı Xan evi 1913-cü ildə Talış xanı Mirmustafa xanın şəcərəsindən olan Mir Əhməd xanın sifarişi ilə həyat yoldaşı Tuğra xanımın şərəfinə ucaldılıb.

Saray Avropadan dəvət olunan memarlar tərəfindən inşa edilib. Burada işlədilən bütün tikinti materialları Bakıdan gəmi ilə gətirilib. Bu möhtəşəm bina Lənkəranda ilk çoxmərtəbəli tikili olub. Binanın fasadı mifoloji fiqurlarla bəzədilib. Binada hələ inqilabdan əvvəl ilk dəfə elektrik işıqlandırma və istilik sistemi var idi. Hazırda bu möhtəşəm binada Lənkəran şəhəri Tarix Diyarşünaslıq muzeyi yerləşir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər