3 İyun 2021 17:13
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, komitənin sədri Bəxtiyar Əliyev əvvəlcə “Milli Məclisin 2021-ci ilin yaz sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlərin hesabatı”nı təqdim edib.

Bildirib ki, yaz sessiyasında komitənin 8 iclası keçirilib, 15 məsələyə baxılıb, iş planında nəzərdə tutulan məsələlər həllini tapıb. Yalnız “Ali təhsil haqqında” qanun layihəsi üzərində iş davam edir və sənəd yaxın vaxtlarda yeni redaktədə komitənin müzakirəsinə çıxarılacaq.

Deputatlara məlumat verilib ki, hesabat dövründə keçirilən iclaslarda vətəndaşların konstitusion hüquqlarının qorunması, sosial vəziyyətinin yaxşılaşdırılması, təhsil imkanlarının genişləndirilməsi, həssas qruplara dövlət qayğısının gücləndirilməsi kimi məsələlər diqqət mərkəzində olub.

Komitə üzvləri qanunvericilik fəaliyyəti ilə yanaşı,seçicilərlə görüşlərdə qaldırılan problemlərin həllinə də xüsusi önəm veriblər. Yaz sessiyası ərzində komitəyə daxil olan 93 müraciətə baxılıb və müvafiq tədbirlər görülüb.Pandemiya şəraitinə baxmayaraq, komitə üzvləri beynəlxalq parlament təşkilatları çərçivəsində, həmçinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarısəviyyəsində keçirilən tədbirlərdə də fəal iştirak ediblər.

Sonra iclasda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

Komitə sədri bildirib ki, qanun layihəsi bütövlükdə vətəndaşların daha keyfiyyətli xidmətlərlə təmin olunmasına, dövlətin əlillərə qayğısının daha da gücləndirilməsinəyönəlib.

İclasda qanun layihəsinitəqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, nəzərdə tutulan dəyişikliklər əsasən əlilliyin təyinində faiz indikatorunun tətbiqini, bu sahəyə dair qabaqcıl beynəlxalq təcrübəninvə standartların milli qanunvericilikdətəsbit olunmasınıehtiva edir.


Müəllif: Nemət

Oxşar xəbərlər