4 İyun 2021 20:56
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın ağası Rusiyaya gur səslə deməliyik ki, Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etsin”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Kəlbəcərdə üç nəfərin həlak olması ilə yadda qalan partlayış hadisəsinə münasibət bildirib:

“Televiziya kanallarımızdan biri müharibəyə qədər xəbərlər proqramına təxminən bu sitatla başlayardı ki, dünya hələ də BMT qətnamələrinin Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı qətnamələrin yeriə yetirilməməsinə seyrçi qalır. Bu sitatı hazırda bu şəkildə dəyişdirməyə ehtiyac var: dünya Azərbaycan vətəndaşlarının minalarda partlamasında seyrçi qalır. Müharibədən keçən günlərdə minaların partlaması nəticəsində onlarla vətəndaşımızı itirmişik.

Ermənistanın ağası Rusiyaya gur səslə deməliyik ki, Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etsin. Moskvada sərhəd məsələsinə dair üçtərəfli görüş keçirdilər. Moskva zəhmət çəksin bir dəfə də görüşü minalanmış ərazilərə həsr etsin. Erməni hərbçiləri həmin minaların əksəriyyətini müharibədə məğlub olduqlarını anladıqdan sonra harda gəldi düzüblər. Bəlkə də buna görə 10 noyabr bəyanatının əksinə olaraq Ağdam və Kəlbəcədin geri qaytarılmasını təxminən bir ay yubatdılar ki, ərazini boşaldarkən bölgəyə minaları döşəsinlər. Onlar minaları indi də iki yolla döşəyə bilərlər. Bunu ya Ermənistandan gizli yollarla Azərbaycan tərəfə keçən diversantlar döşəyir, ya da elə Qarabağdakı separatçılar “fəaliyyətdədirlər”.

Elxan Şahinoğlu hesab edir ki, minaların partlaması bizə hər iki istiqamətdə hərəkətə keçməyə imkan yaradır:
“Sərhədi (bu sıraya Laçın üzərindən sərhəddin qapadılması da daxildir) qapatmalıyıq ki, diversantlar Azərbaycan tərəfə keçə bilməsinlər, Qarabağdakı separatçıları da tərksilah etməliyik ki, yolları və meşələri minalaya bilməsinlər. Gözləmək olmaz. Gözlədikcə minalarda həlak olan vətəndaşlarımızın sayı artacaq. Onlar Azərbaycan torpaqlarına minalar döşəyə bilirlərsə, bizə niyə Ermənistan ərazisini minalamayaq?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər